featured-image-61172

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışını başa vurur.

Msport.az xəbər verir ki, U-19 hazırlığın son günündə növbəti yoxlama görüşü keçirib.

Yığmamız yerli komanda ilə qarşılaşıb. Meydan sahibləri hər hissədə vurduqları bir qol sayəsində 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, iki gün əvvəl keçirilən ilk yoxlama matçında millimiz yenə 0:2 hesabı ilə uduzmuşdu.

Bənzər xəbərlər