Millimiz bu gün cavab oyununa çıxacaq
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının pley-off mərhələsində cavab oyununu keçirəcək.
Msport.az xəbər verir ki, millimiz Portuqaliya yığması ilə üz-üzə gələcək. Vizelada baş tutacaq qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda Portuqaliya yığması 4:1 hesablı qələbə qazanıb.
29 oktyabr
Portuqaliya (Qadınlar) – Azərbaycan (Qadınlar)
Vizela stadionu. Saat 23:45
Baş hakim: Shona Shukrula
Baş hakimin köməkçiləri: Martina Boer, Ashley de Haan
Dördüncü hakim: Julia Van Es
VAR hakimləri: Jochem Kamphuis, Edwin Van De Graaf
(Hakimlər briqadası Niderlanddandır)
Hakim-inspektor: Marta Frías Acedo (İspaniya)
UEFA nümayəndəsi: Sabine Bonnin (Fransa)