featured-image-69246

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu  keçirib. Msport.az xəbər verir ki, Elxan Abdullayevin rəhbərlik etdiyi kollektiv Farer adaları ilə qarşılaşıb.

“Çatez” stadionunda keçirilən görüş yığmamızın  2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

U-19-un heyətində 21-ci dəqiqədə Rauf Qafarov və 57-ci dəqiqədə Eltun Babazadə (penalti) fərqləniblər.

Qeyd edək ki, millimiz ilk matçda İslandiya seçməsi üzərində 2:1 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər