featured-image-63927

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində növbəti oyununa çıxıb.

Msport.az xəbər verir ki, komandamız ikinci matçında Gürcüstanla qarşılaşıb.

Moldova Futbol Federasiyasının Texniki Mərkəzində baş tutan görüş Aqil Nəbiyevin yetirmələrinin qələbəsi ilə yekunlaşıb. Belə ki, Pünhan Kərimovun 10-cu dəqiqədə vurduğu qol qarşılaşmada yeganə olub. Beləliklə, U-17 millimiz 1:0 hesablı qələbə qazanıb.

Komandamız oyuna bu heyətlə çıxıb12. Nurəziz Əzizov, 4. Rəşad Gülüşov (k), 15. Uğur Qurbanlı, 20. Kamil Həsənov, 2. İsmayıl Səfərli, 19. Amin Rzayev, 17. Allahverdi Şirinov, 13. Nihad Hüseynzadə, 14. Onur Əliyev, 16. Ramin Abıyev, 11. Pünhan Kərimov.

Qeyd edək ki, U-17 turnir çərçivəsində son görüşünü aprelin 19-da Estoniyaya qarşı keçirəcək. Həmin matç Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Bənzər xəbərlər