Millimiz Gürcüstanla qarşılaşır
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci oyununa çıxacaq.
Msport.az xəbər verir ki, yığmamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Moldova Futbol Federasiyasının Texniki Mərkəzində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.
Qeyd edək ki, U-17 ilk matçında Moldovaya 0:1 hesabı ilə məğlub olub. Komandamız sonuncu tur çərçivəsində aprelin 19-da Estoniya ilə üz-üzə gələcək.