Millimiz İngiltərəni məğlub etdi
Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsində mübarizəyə başlayıb.
Msport.az xəbər verir ki, yığmamız EBSL-də ilk matçına çıxıb.
B Liqasının A qrupunda qərarlaşan Sahib Məmmədovun yetirmələri İspaniyanın El Puerto de Santa Maria şəhərində İngiltərə ilə üz-üzə gəlib.
Görüş komandamızın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Ramil Əliyev iki, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə bir dəfə fərqləniblər. Bir qol isə avtoqol kimi qeydə alınıb.
Qeyd edək ki, millimiz qrupda növbəti oyunlarını sabah Belçika (13:00), mayın 25-də isə Litvaya (14:15) qarşı keçirəcək.