featured-image-63627

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan millisinin aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Msport.az xəbər verir ki, millimiz aprelin 13-dən 20-dək Moldovanın paytaxtı Kişineuda UEFA İnkişaf Turnirində iştirak edəcək. U-17 turnirdə Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.

Bakıda baş tutacaq təlim-məşq toplanışına bu futbolçular dəvət alıb: Rauf Əyyubov, Nihad Cəfərzadə, Nihad Hüseynzadə (hamısı “Sabah”), Nurəziz Əzizov, İsmayıl Səfərli, Sahib Xəlilli, Ramin Abiyev (hamısı “Neftçi”), Rəşad Gülüşov, Toğrul Mehdizadə, Samir Şərifov, Nicat Kərimov (hamısı “Vətən”), Uğur Qurbanlı, Amin Rzayev, Əli Bəşirov, Onur Əliyev (hamısı “Qarabağ”), Allahverdi Şirinov, Sübhan Rzayev (hər ikisi “Qəbələ”), Kamil Həsənov, Səttar Tahirzadə, Muhamməd Çodarov, Adnan Bunyatov, Pünhan Kərimov (hamısı “Marcet”, İspaniya).

 

Oyunların təqvimi:

14 aprel

15:30. Moldova – Azərbaycan

“Zimbru” stadionu

 

16 aprel

12:00. Azərbaycan – Gürcüstan

Moldova Futbol Federasiyasının Texniki Mərkəzi

 

19 aprel

12:00. Estoniya – Azərbaycan

Moldova Futbol Federasiyasının Texniki Mərkəzi

 

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Bənzər xəbərlər