featured-image-68350

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gündən avqustun 16-dək Bakıda, 17-22 avqustda isə Monteneqronun Podqoritsa şəhərində təlim-məşq toplanışında olacaq.

Msport.az xəbər verir ki, U-17-nin hazırlıq çərçivəsində avqustun 19-da və 21-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirməsi planlaşdırılır.

Milliyə dəvət olunan futbolçuların ilkin siyahısı belədir: Ramal Qəmbərov, Kamil Həsənov, Səttar Tahirzadə, Muhamməd Çodarov, Atacan Məmmədov, Əli Kiçibəyov, Abbas Zeynalov, Adnan Bunyatov, Rəsul Balakişiyev, Pünhan Kərimov (hamısı “Marcet”, İspaniya), Nurəziz Əzizov, Ruslan Quliyev, İsmayıl Səfərli, Nurlan Mələkov, Ramin Abiyev (hamısı “Neftçi”), Rəşad Gülüşov, Toğrul Mehdizadə, Samir Şərifov, Nicat Kərimov (hamısı “Sabah”), Uğur Qurbanlı, Amin Rzayev, Onur Əliyev, Əli Bəşirov (hamısı “Qarabağ”), Mehdi Hüseyn (“Sumqayıt”).

Bənzər xəbərlər