featured-image-63597

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Msport.az xəbər verir ki, C Liqasının IV qrupunda yer alan yığmamız yenə səfər görüşünə çıxacaq.

Dörd gün əvvəl Litvanı səfərdə 2:0 hesabı ilə məğlub edən Siyasət Əsgərovun yetirmələri bu dəfə Monteneqronun qonağı olacaq. Nikşiç şəhər stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu andorralı Marta San Xuan idarə edəcək.

Qeyd edək ki, hazırda Azərbaycan və Monteneqro milliləri hərəyə 4 xalla qrup birinciliyini bölüşür.

Bənzər xəbərlər