Millimiz Monteneqronu məğlub etdi
Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan miilli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
Msport.az xəbər verir ki, yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu Onur Əliyev vurub.
Qeyd edək ki, U-17 monteneqrolu həmyaşıdları ilə daha bir görüş keçirəcək.