Millimiz oyunlarının təqvimi - Əvvəlcə İngiltərə, ardından Belçika
Çimərlik futbolu üzrə Azərbaycan millisinin Avropa çempionatının I seçmə mərhələsində (EBSL) keçirəcəyi oyunların vaxtı bəlli olub.
Msport.az xəbər verir ki, komandamız B Liqasının A qrupunda Litva, İngiltərə və Belçika ilə qarşılaşacaq.
Qrupun matçları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Maria şəhərində baş tutacaq.
Yığmamız ilk olaraq mayın 23-də İngiltərə, ertəsi gün Belçika ilə qarşılaşacaq. Hər iki matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Qrupdakı son görüş isə mayın 25-də, Bakı vaxtı ilə saat 14:15-də Litvaya qarşı olacaq.