Millimiz Portuqaliya ilə üz-üzə
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Msport.az xəbər verir ki, yığmamız Avropa çempionatının pley-off mərhələsində ilk matçına çıxacaq.
Siyasət Əsgərovun yetirmələri Portuqaliya komandası ilə üz-üzə gələcək. “Liv Bona Dea Arena”da baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi Portuqaliya ilə cavab oyununu oktyabrın 29-da səfərdə keçirəcək.
Avropa çempionatı
Pley-off mərhələsi, ilk oyun
25 oktyabr
16:00. Azərbaycan – Portuqaliya
Baş hakim: Fabienna Mihel (Almaniya)
Liv Bona Dea Arena