Millimiz Rusiya ilə qarşılaşacaq?
Rusiya Futbol Ittifaqının prezidenti Aleksandr Dyükov milli komandanın qarşıdakı yoldaşlıq oyunları barədə danışıb. Msport.az xəbər verir ki, o, Azərbaycan seçməsi ilə də qarşılaşa biləcəklərini deyib.
Jurnalistin “Rusiya millisi Belarusla iki yoldaşlıq oyunu keçirib. Lakin digər dost ölkələrlə qarşılaşmayıb. Məsələn, Ermənistan, Qazaxıstan və ya Azərbaycanla. Niyə?” sualına Dyükovun cavabı belə olub:
“Biz hələ bu komandalarla oynayacağıq”.
Xatırladaq ki, bu ilin martında Rusiya və Azərbaycan milliləri arasında yoldaşlıq oyunu planlaşdırılmışdı. Lakin sonradan matç baş tutmamışdı. Millimiz isə Haiti və Belarusla qarşılaşmışdı.