Millimiz seçmə mərhələdə ilk oyununa çıxır
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində mübarizəyə start götürəcək.
Msport.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan komandamız ilk matçına çıxacaq.
Komandamız Albaniyanın paytaxtı Tiranada təşkil olunan görüşdə Şimali İrlandiya yığması ilə qarşılaşacaq. Rumıniyalı referi Roksana Rekoreanın idarə edəcəyi oyun “House of Football Natural Pitch” stadionunda keçiriləcək.