Millimiz Şimali İrlandiyaya uduzdu
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsinə start verib.
Msport.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan yığmamız ilk oyununu keçirib.
Həbib Ağayevin yetirmələri Albaniyanın paytaxtı Tiranada Şimali İrlandiya ilə qarşılaşıb. “House of Football Natural Pitch” stadionunda təşkil olunan görüşdə rəqib hər hissədə iki dəfə fərqlənərək, 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, U-19 növbəti oyununu fevralın 21-də meydan sahibi Albaniya seçməsinə qarşı keçirəcək.