featured-image-64021

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində Estoniyaya məğlub olub.

Msport.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv turnirdəki üçüncü – sonuncu matçında 1:2 hesabı ilə uduzub.

Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüşdə yığmanın yeganə qolunu 90-cı dəqiqədə Nicat Kərimov vurub.

Qeyd edək ki, milli turnirdə Moldovaya (0:1) məğlub olub, Gürcüstana (1:0) qalib gəlib.

Bənzər xəbərlər