Millimiz yarımfinal matçına çıxır
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin cütləri bəlli olub.
Msport.az xəbər verir ki, bu, Milli Gimnastika Arenasında baş tutan 1/4 final mərhələsinin oyunlarından sonra müəyyənləşib.
Macarıstan Mavritaniyanı, Monteneqro Çexiyanı 1:0 hesabı ilə məğlub edib. Azərbaycan İngiltərədən (2:1), Serbiya isə Bosniya və Herseqovinadan (5:0) üstün olub. Millimiz final yolunda Monteneqro ilə üz-üzə gələcək.
Dünya çempionatı
Yarımfinal
30 may
20:00. Azərbaycan – Monteneqro
21:30. Macarıstan – Serbiya