Millimiz yenə Belarusa uduzdu
Qadınlardan ibarət futbol üzrə Azərbaycan milli komandası Belarusda ikinci yoxlama oyununu keçirib. Msport.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri Belarus yığması ilə qarşılaşıb.
Minskdəki “Traktor” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında iyunun 28-də keçirilən ilk matçda Belarus yığması 3:0 hesablı qələbə qazanıb.