Millimiz Yunanıstanla oyunun hazırlığına başladı
Futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.
Msport.az xəbər verir ki, komandamız AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Afinada Yunanıstanla keçiriləcək oyuna hazırlaşır.
Komandamız martın 8-dək Bakıda hazırlıq keçəcək. Baş məşqçi Vitali Borisov ümumilikdə 16 futzalçıya dəvət göndərib. Onlardan 3-ü qapıçıdır. Komandamız martın 9-da səfərə çıxacaq.
Millimizə aşağıdakı oyunçular çağırılıb: Emin Kürdov, Novruz Kazıxanov, Xəzər Ağalızadə, Ülvi Əliyev (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə, Kamran Hacıyev, Murad Quluzadə (hamısı “Baku Fire”), Emil Həsənzadə, Fərid Atakişiyev, Eldar Zeynalov (hamısı “Neftçi”), Rövşən Hüseynli (“Astana”, Qazaxıstan), Seymur Məmmədov (Klubsuz).
Qeyd edək ki, martın 11-də keçiriləcək Yunanıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.