Millimizdən əzmkar qələbə
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda üçüncü oyununu keçirib.
Msport.az xəbər verir ki, U-17 B qrupundakı son görüşündə Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Matç Azərbaycan yığmasının 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra milli komanda 6 xalla öz qrupunda ilk pilləyə yüksəlib. Qrup qalibinin adına Rusiya – İran matçından sonra aydınlıq gələcək.
İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv turnir çərçivəsində keçirdiyi ilk iki oyunda Rusiyaya (0:3) məğlub olub, İrana (1:0) qalib gəlib.
Qeyd edək ki, fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar.