Millimizdən İran üzərində qələbə
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə daha bir oyun keçirib.
Msport.az xəbər verir ki, komandamız İnkişaf Kuboku turnirində ikinci matçına çıxıb.
Ötən gün Rusiyaya 0:3 hesabı ilə uduzan İlham Yadullayevin yetirmələrinin budəfəki rəqibi İran olub. Komandamız rəqibini 1:0 hesabı ilə məğlub edib. Qolu 47-ci dəqiqədə başla Amin Rzayev vurub.
Qeyd edək ki, U-17 qrupda son oyununu fevralın 19-da, Bakı vaxtı ilə saat 14:20-də Qazaxıstan yığmasına qarşı keçirəcək.