Millimizdən yoxlama görüşündə 3 qollu qələbə
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışını davam etdirir.
Msport.az xəbər verir ki, komandamız bu gün yoxlama oyunu keçirib.
Rəqib “Qarabağ”ın müvafiq yaş qrupundan ibarət komandası olub. Millimiz ikinci hissədə vurduğu qollarla 3:0 hesablı qələbə qazanıb. Qolları 67-ci dəqiqədə Emil Usubov, 70-ci dəqiqədə Emil Həsənov və 85-ci dəqiqədə Əhməd Vəliyev vurub.
Qeyd edək ki, U-17 fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək.