Millimizin Belarusla oyunlar üçün heyəti açıqlandı
İyunun 25-dən iyulun 2-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olacaq qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti müəyyənləşib.
Msport.az xəbər verir ki, komandamız hazırlıq müddətində yerli yığma ilə iki yoldaşlıq oyunu keçirəcək.
İlk görüş iyunun 28-də Jodinodakı “Torpedo” stadionunda, ikinci qarşılaşma isə iyulun 1-də Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.
Millimizə dəvət edilən futbolçular aşağıdakılardır:
| AD/SOYAD | KLUB | |
| 1 | Aytac Şərifova | Hakkarigücü (Türkiyə) |
| 2 | Nərgiz Əliyeva | Fatih Vətən (Türkiyə) |
| 3 | Mehriban Şahməmmədova | Neftçi |
| 4 | Nigar Mirzəliyeva | Zenit (Rusiya) |
| 5 | Manə Mollayeva | Neftçi |
| 6 | Fidan Cəfərova | Neftçi |
| 7 | Kamilla Məmmədova | Yelimay (Qazaxıstan) |
| 8 | Firəngiz Teymurova | Neftçi |
| 9 | Coşqunə Əliyeva | Neftçi |
| 10 | Sevinc Cəfərzadə | Krasnodar (Rusiya) |
| 11 | Ayşən Əhmədova | Ünyespor (Türkiyə) |
| 12 | Alina Dorofeyeva | Rubin Kazan (Rusiya) |
| 13 | Ayşən Salamzadə | Neftçi |
| 14 | Alina Nəhmədova | Neftçi |
| 15 | Aysun Muradova | Gölbaşı Belediye Spor (Türkiyə) |
| 16 | Peritan Bozdağ | Fatih Vətən (Türkiyə) |
| 17 | Xanım Əsədova | Neftçi |
| 18 | Vüsalə Seyfəddinova | Neftçi |
| 19 | Milana Rəhimova | Ünyespor (Türkiyə) |
| 20 | Röya Əliyeva | Sumqayıt |
| 21 | Nərgiz Hacıyeva | Aktobe (Qazaxıstan) |
| 22 | Nazlıcan Parlak | Qalatasaray (Türkiyə) |
| 23 | Vüsalə Hacıyeva | Dircəliş |







