featured-image-68805

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Msport.az xəbər verir ki, Coşqun Diniyev cari mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Millimizin yarımmüdafiəçisi ilə anlaşma 1 illikdir.

Qeyd edək ki, Coşqun Diniyev müxtəlif illərdə Premyer Liqanın “İnter”, “Qarabağ”, “Sabah” və “Zirə” klublarında çıxış edib. O, Türkiyənin “Ümraniyespor”, “Bandırmaspor” komandalarının hər birində bir mövsüm keçirib. 30 yaşlı futbolçunun son klubu isə “Çorum” olub.

Bənzər xəbərlər