Millimizin futbolçusu Türkiyə klubunda
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Milana Rəhimova karyerasını Türkiyədə davam etdirəcək.
Msport.az xəbər verir ki, 20 yaşlı müdafiəçi “Ünye” komandasına keçib.
Ötən mövsüm “Neftçi”nin formasını geyinən oyunçu ilə bağlanan sözləşmənin detalları açıqlanmayıb.
Qeyd edək ki, “Ünye” klubu Azərbaycan yığmasının digər futbolçusu Vüsalə Hacıyevanın da transferi ilə bağlı razılığa gəlib. Onunla yaxın günlərdə müqavilə imzalanacaq.