Millimizin futbolçusu yenidən rəmzi komandada
Qadın futbolçulardan ibarət millimizin müdafiəçisi Nigar Mirzəliyeva Rusiya çempionatında X turun rəmzi yığmasına seçilib.
Msport.az xəbər verir ki, “Zenit”də çıxış edən futbolçu bu mövsüm 2-ci dəfə simvolik “11-liy”ə düşüb.
Onun komandası son turda “Zvezda-2005”ə 1:0 hesabı ilə qalib gəlib. Meydana start heyətində çıxan futbolçu sonadək oynayıb.
Qeyd edək ki, Mirzəliyevə daha əvvəl VIII turun rəmzi yığmasına da düşmüşdü. Onun komandası hazırda 23 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.