featured-image-65281

Türkiyə Superliqasına vəsiqə uğrunda pley-off mərhələsinə start verilib.

Msport.az xəbər verir ki, yarımfinalın ilk oyu keçirilib.

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin komandası “Boluspor” “Bandırmaspor”u qəbul edib. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu isə Bolu klubunun Superliqaya vəsiqə şansını azaldıb. İsgəndərli qarşılaşmanın 71-ci dəqiqədə meydana daxil olub.

Komandalar arasında cavab oyunu mayın 23-də keçiriləcək.

Bənzər xəbərlər