Millimizin heyəti açıqlandı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti bəlli olub.
Msport.az AFFA rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 4-7-də Qəbələdə, 8-9-da isə Bakıda təlim-məşq toplanışı keçəcək yığmaya 23 oyunçu çağırılıb.
U-17 noyabrın 10-dan 20-dək Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatının seçmə mərhələsində iştrak edəcək.
6-cı qrupda yer alan komanda Macarıstan, Yunanıstan və Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
| No | Ad/Soyad | Klub | 
| 1 | Məhdi Həsənov | Neftçi | 
| 2 | Rauf Əyyubov | Sabah | 
| 3 | Elbrus Kərimov | Marcet, İspaniya | 
| 4 | Murad Qurbanov | Zirə | 
| 5 | Kamil Məmmədov | Neftçi | 
| 6 | Həzrət Səmədov | Sabah | 
| 7 | Əlibəy Mahmudov | Sabah | 
| 8 | Tuncay Əhmədov | Marcet, İspaniya | 
| 9 | Zeyd Nəsirulla | Herta Zehlendorf, Almaniya | 
| 10 | Fərid Cabbarlı | Zirə | 
| 11 | Nadir Nəsibli | Marcet, İspaniya | 
| 12 | Muhamməd Çodarov | Marcet, İspaniya | 
| 13 | İbrahim Xəlilov | Sabah | 
| 14 | Əli Qazıbəyov | Qarabağ | 
| 15 | Həsən Məmmədli | Rot-Vais Oberhauzen, Almaniya | 
| 16 | İbrahim Babayev | Servett, İsveçrə | 
| 17 | Vüsal Kərimov | Neftçi | 
| 18 | Abdulaziz Cabbarlı | Qarabağ | 
| 19 | Əhliman Süleymanzadə | Zirə | 
| 20 | Tunar Rzayev | Marcet, İspaniya | 
| 21 | İslam Həsənov | Srvena Zvezda, Serbiya | 
| 22 | Əli İbrahim | Qarabağ | 
| 23 | Nihat İsgəndərov | Qarabağ | 
13 noyabr
14:00. Macarıstan – Azərbaycan
Tunari stadionu
16 noyabr
14:00. Yunanıstan – Azərbaycan
Tunari stadionu.
19 noyabr
14:00. Azərbaycan – Rumıniya
Rumıniya Milli Futbol Mərkəzinin stadionu








