featured-image-56064

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığması ilə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib.

Msport.az xəbər verir ki, oktyabrın 21-də təlim-məşq toplanışına başlayacaq millimiz ayın 25-də, saat 16:00-da Portuqaliya yığmasını Mərdəkandakı “Liv Bona Dea Arena”da qəbul edəcək.

Bundan 4 gün sonra, Bakı vaxtı ilə saat 23:45-də “Vizela” stadionunda cavab görüşü baş tutacaq.

Milliyə dəvət olunan futbolçuların adlarını sizə təqdim edirik:

S. Ad/Soyad Klub
1 Aytac Şərifova Hakkarigücü (Türkiyə)
2 Nərgiz Əliyeva Fatih Vətən (Türkiyə)
3 Günay İsmayılova Neftçi
4 Aysun Əliyeva Neftçi
5 Nigar Mirzəliyeva Zenit (Rusiya)
6 Nərgiz Hacıyeva Aktobe (Qazaxıstan)
7 Manə Mollayeva Neftçi
8 Fidan Cəfərova Neftçi
9 Yeliz Acar Fatih Vətən (Türkiyə)
10 Kamilla Məmmədova Okjetpes (Qazaxıstan)
11 Vüsalə Seyfəddinova Neftçi
12 Firəngiz Teymurova Neftçi
13 Jalə Məhsimova Bəylərbəyi Spor (Türkiyə)
14 Peritan Bozdağ Fatih Vətən (Türkiyə)
15 Nazlıcan Parlak Qalatasaray (Türkiyə)
16 Coşqunə Əliyeva Neftçi
17 Sevinc Cəfərzadə Krasnodar (Rusiya )
18 Kristina Bakarandze Qalatasaray (Türkiyə)
19 Ayşən Əhmədova Krılya Sovetov (Rusiya)
20 Alina Dorofeyeva Yenisey (Rusiya)
21 Diana Məmmədova Yenisey (Rusiya)
22 Milana Rəhimova Ünyespor (Türkiyə)
23 Vüsalə Hacıyeva Ünyespor (Türkiyə)
24 Ayşən Salamzadə Neftçi

Qeyd edək ki, Ayşən Salamzadə oktyabrın 25-də keçiriləcək Azərbaycan – Portuqaliya oyunundan sonra 17 yaşadək qızlardan ibarət millinin düşərgəsinə qoşulacaq. U-17 Avropa çempionatının seçmə mərhələsinin qrup mərhələsində, oktyabrın 30-da Serbiya, noyabrın 3-də isə Lüksembuq seçməsi ilə qarşılaşacaq.

Bənzər xəbərlər