Millimizin heyətində dəyişiklik edildi
Futzal üzrə Azərbaycan millisi AVRO-2026-nın əsas mərhələsində Yunanıstanla keçirəcəyi oyunun hazırlığını davam etdirir.
Msport.az xəbər verir ki, komandamızın heyətində bir dəyişiklik olub.
Belə ki, Seymur Məmmədov baş məşqçi Vitali Borisovun qərarı heyətdən çıxarılıb. Onun əvəzinə toplanışa “Baku Fire”in üzvü Fərid Abbasov qatılıb.
Qeyd edək ki, Yunanıstan – Azərbaycan matçı martın 11-də Afinada keçiriləcək.