featured-image-63441

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında çıxışını davam etdirir.

Msport.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan komandamız bu gün ikinci matçına çıxacaq.

İlk turda evdə Monteneqro ilə qolsuz bərabərə qalan Siyasət Əsgərovun yetirmələri bu dəfə Litvanın qonağı olacaq. Vilnüsdəki “Jalgiris” stadionunda təşkil olunacaq qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

UEFA Millətlər Liqası

C Liqası, IV qrup

4 aprel

 

19:30. Litva (Qadınlar) – Azərbaycan (Qadınlar)

Hakimlər: Marina Zechner, Biljana Iskin, Linda Thieme, Lena Hirtl (hamısı Avstriya)

Vilnüs, “Jalgiris” stadionu

Bənzər xəbərlər