Millimizin ilkin heyəti açıqlandı
Qadınlardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Litva yığmasına qarşı keçiriləcək ev oyunu üçün ilkin heyəti müəyyənləşib.
Msport.az xəbər verir ki, millimiz mayın 20-də Bakıda təlim-məşq toplanışına başlayacaq.
Yekun heyət mayın 25-də açıqlanacaq. Siyasət Əsgərovun yetirmələri C Liqasının IV qrupu çərçivəsində mayın 30-da, saat 18:00-da, Bayıl stadionunda Litva yığması ilə qarşılaşacaq.
Milliyə dəvət olunan futbolçular aşağıdakılardır:
Günay İsmayılova, Manə Mollayeva, Mehriban Şahməmmədova, Fidan Cəfərova, Vüsalə Seyfəddinova, Firəngiz Teymurova, Coşqunə Əliyeva, Ayşən Salamzadə, Xanım Əsədova, Alina Nəhmədova, Mədinə Curuqova, Məhsumə Nəzərli (hamısı “Neftçi”), Nərgiz Əliyeva, Yeliz Acar, Peritan Bozdağ, Esra Manya (hamısı “Fatih Vətən”, Türkiyə), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi “Rubin Kazan”, Rusiya), Ayşən Əhmədova, Milana Rəhimova (hər ikisi “Ünyespor”, Türkiyə), Aytac Şərifova (“Hakkarigücü”, Türkiyə), Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Kamilla Məmmədova (“Okjetpes”, Qazaxıstan), Nazlıcan Parlak (“Qalatasaray”, Türkiyə), Sevinc Cəfərzadə (“Krasnodar”, Rusiya), Aysun Muradova (“Gölbaşı Belediye Spor”, Türkiyə), Röya Əliyeva (“Sumqayıt”), Aydan Əkbərova (“Baku Juniors”), Aysu Əsədova (“Sabah”).