featured-image-61530

Qadın futbolçulardan ibarət Azərbaycan millisi sabah təlim-məşq toplanışına başlayacaq.

Msport.az xəbər verir ki, yığmamız UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Monteneqro ilə keçiriləcək oyuna hazırlaşacaq.

Yığmamızın heyəti artıq müəyyənləşib. Baş məşqçi Siyasət Əsgərov 24 futbolçuya dəvət göndərib:

Günay İsmayılova, Manə Mollayeva, Fidan Cəfərova, Vüsalə Seyfəddinova, Firəngiz Teymurova, Coşqunə Əliyeva, Ayşən Salamzadə, Xanım Əsədova, Alina Nəhmədova (hamısı “Neftçi”), Nərgiz Əliyeva, Yeliz Acar, Esra Manya (hamısı “Fatih Vətən”, Türkiyə), Nazlıcan Parlak, Kristina Bakarandze (hər ikisi “Qalatasaray”, Türkiyə), Ayşən Əhmədova, Milana Rəhimova (hər ikisi “Ünyespor”, Türkiyə), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi “Rubin Kazan”, Rusiya), Firuzə Bayramova (“Dinamo Balakən”), Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Kamilla Məmmədova (klubsuz), Jalə Məhsimova (“Amed Spor”, Türkiyə), Sevinc Cəfərzadə (“Krasnodar”, Rusiya), Aysun Muradova (“Gölbaşı Belediye Spor”, Türkiyə).

Qeyd edək ki, fevralın 21-də “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Monteneqro matçı saat 15:00-da başlayacaq.

Bənzər xəbərlər