featured-image-63595

Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.

Msport.az xəbər verir ki, adıçəkilən komanda 33-cü tur çərçivəsində “Elbasani”ni qəbul edib.

Buna qədər 6 turdur məğlubiyyət üzü görməyən “Eqnatiya”nın seriyası bu dəfə qırılıb. Komanda doğma arenasında 1:2 hesabı ilə uduzub. Qarşılaşmanı əvəz edilmədən keçirən Zamiq Əliyev birinci hissədə sarı vərəqə alıb.

Qeyd edək ki, “Eqnatiya” hazırda 58 xalla turnir cədvəlinə başçılıq edir.

Bənzər xəbərlər