featured-image-65625

Qadınlardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə keçirəcəyi son oyunun hakimləri müəyyənləşib.

Msport.az xəbər verir ki, yığmamızın matçına İsraildən olan hakimlər briqadası təyinat alıb.

“ASCO Arena”da keçiriləcək qarşılaşmanı Sapir Qaya Berman idarə edəcək. Ona Mey Moalem və Nofar Çava Skorka köməklik göstərəcək. 4-cü hakim funksiyasını Şada Dahamşi yerinə yetirəcək.

Qeyd edək ki, mayın 30-da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Bənzər xəbərlər