featured-image-62352

II Liqanın XIV turunun “Hypers Guba” – “Şəmkir” oyununda yaşanan qalmaqala hüquqi qiymət verilib.

Msport.az xəbər verir ki, AFFA İntizam Komitəsi bugünkü iclasında adıçəkilən matçda baş verənləri müzakirə edib..

Hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan “Hypers Guba”nın futbolçusu Ruslan Qurbanov 4 oyunluq cəzalandırılıb. Azərbaycan millisinin sabiq üzvü komandasını 300 manat xərcə salıb.

Qurbanovun komanda yoldaşı Sənan Aslanov isə son dəqiqələrdə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb ki, o da bu üzdən 4 matçı buraxmalı olacaq.

Bənzər xəbərlər