featured-image-61471

“Zirə” və “Şamaxı”nın sabiq futbolçusu Ramin Əhmədov karyerasını ölkə xaricində davam etdirəcək.

Msport.az xəbər verir ki, U-21 millimizin keçmiş yarımmüdafiəçisi Qırğızıstanda oynayacaq.

Əhmədov Qırğızıstanın yüksək liqa komandası “Alay”la 1 illik müqavilə imzalayıb. Türkiyədə təlim-məşq toplanışında olan “Alay”ın düşərgəsində olan futbolçu ilə münasibətlərin rəsmiləşdirilməsi qərara alınıb.

Qeyd edək ki, Ramin Əhmədov ötən ay “Şamaxı”dan ayrılıb.

Bənzər xəbərlər