Millimizlə matçdan əvvəl iki yoldaşlıq oyunu
DÇ-2026-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İslandiya yığması iki yoldaşlıq oyunu keçirəcək.
Msport.az xəbər verir ki, bu barədə İslandiya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Komanda iyunun 6-da Qlazqoda Şotlandiya ilə ilə üz-üzə gələcək. Növbəti rəqib isə hələlik bəlli deyil. Həmin qarşılaşmanın da yayda təşkili nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-dakı ilk matçını səfərdə məhz İslandiyaya qarşı keçirəcək. Sentyabrın 5-dəki görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv noyabrın 13-də bu komandanı qəbul edəcək.