“Mövsümü layiqli yerdə bitirdik” – Elmar Baxşıyev
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının XXXVI turunda “Zirə”yə 0:1 hesabı ilə məğlub olub.
Msport.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– Komandama təşəkkür edirəm. Bu mövsüm böyük iş gördük. Mövsümü layiqli yerdə bitirdik.
– Klubla müqaviləniz bitir. Rəhbərliklə yeni sözləşmə barədə söhbətiniz olub?
– Gələcək barədə mən də heç nə bilmirəm. Danışıq olmayıb. Burada olsam da, olmasam da, komandaya uğurlar arzulayıram. “Araz-Naxçıvan” mənə doğmadır. Komandanı formalaşdırmaq üçün çox çətinliklərdən keçdik. Nələr olacağı ilə bağlı klub açıqlama verəcək.
– Qara Qarayevin heyətdə olmamasının səbəbi nədir?
– Mikrozədəsi olduğuna görə ehtiyatlı davrandıq.