featured-image-61661

Azərbaycan Premyer Liqasında cari mövsümün tamaşaçı rekordu qırılıb.

Msport.az xəbər verir ki, bu XXIII turda təşkil olunan “Neftçi” – “Qarabağ” matçında qeydə alınıb.

Belə ki, əzəli rəqiblərin “Neftçi Arena”da baş tutan Azərbaycan derbisini 9355 azarkeş izləyib. Bu isə çempionatın yeni rekordudur.

Buna qədərki rekord da “Neftçi” ilə “Qarabağ” arasındakı qarşılaşmaya təsadüf etmişdi. Ötən il dekabrın 1-də “Neftçi Arena”da keçirilən matça 7069 nəfər toplaşmışdı. Həmin oyun ağdamlıların 3:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Qeyd edək ki, lider “Qarabağ” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edərək xallarının sayını 56-ya yüksəldib.

Bənzər xəbərlər