featured-image-21230

Rusiyalı tanınmış jurnalist-şərhçi Gennadi Orlov “Krasnodar”ın prezidenti Serqey Qalitskinin tez-tez məşqçiləri dəyişməsini tənqid edib.

Msport.az “RB Sport”a istinadən xəbər verir ki, “Zenit” azarkeşi olan 77 yaşlı Orlov “Sabah”ın baş məşqçisi Murad Musayevin də “bostanına” daş atıb:

“Düzünü desəm, Qalitskinin futbolla bağlı qərarları məni təəccübləndirir. O özü yeniyetmələr səviyyəsində məşğul olub, amma bu, futboldan anlamaq üçün azdır.

Əsas komandanı Murad Musayevə necə tapşırmaq olardı? Qalitski nəyə ümid edirdi? Fikirləşirdi ki, onun yanında məşqçi yetişir? Hə, nə oldu, məşqçi yetişdi? Musayev indi hardadır? İtaliya, yoxsa İngiltərə klubunu çalışdırır? Bu, avantüra idi”.

Xatırladaq ki, Musayev 2020-2021-ci illərdə “Krasnodar”ın əsas komandasının baş məşqçisi olub. O, 2021-ci ildən “Sabah”ı çalışdırır.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər