featured-image-67561

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu “Qarabağ”ı dəyərləndirib. Msport.az xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya “Şelburn”u mübarizədən kənarlaşdırsa, növbəti rəqib FKSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cügtünün qalibi olacaq.

Rumıniyalı mütəxəssis yerli mətbuata açıqlamasında Azərbaycan çempionundan danışıb:

“Komandanın baş məşqçisi 2008-ci ildən klubda olan Qurban Qurbanovdur. O, bu klub üçün əhəmiyyətli şəxsdir. Əgər səhv etmirəmsə, o, müasir Azərbaycan futbolu tarixində ən uğurlu məşqçidir. Onun əsas oyun fəlsəfəsi topa nəzarət etməkdir. Komanda qısa ötürmələrlə oynamağa üstünlük verir, futbolçular mobil şəkildə meydanda bir-birlərinin mövqelərini dəyişə bilirlər. Bu, adaptasiya olunmuş “tiki-taka” kimidir.

Onlar son 10-12 ildə Azərbaycan futbolunda dominantlıq edirlər və həqiqətən güclü komandadırlar”.

 

 

Bənzər xəbərlər