featured-image-67581

AFFA və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə Naxçıvanda UEFA C kursunun birinci mərhələsi keçirilir.

Msport.az xəbər verir ki, kursun açılışında AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və NFF-nin baş katibi Raqif Abbasov da iştirak ediblər.

AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov tərəfindən keçirilən birinci modula iyulun 24-də yekun vurulacaq.

Qeyd edək ki, UEFA C kursunun növbəti mərhələləri avqust və sentyabr aylarında təşkil olunacaq.

Bənzər xəbərlər