“Neftçi” 1 illik həsrətə son qoydu - Tarixi rekord
“Neftçi” Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.
Msport.az xəbər verir ki, “ağ-qaralar” 35-ci turda “Səbail”in qapısından 3 cavabsız top keçirib – 3:0.
Bununla bakılılar həm də birillik həsrətə son qoyub. Komanda buna qədər Premyer Liqada sonuncu qalibiyyətini ötən mövsümün 35-ci turunda əldə etmişdi. Maraqlıdır ki, həmin qarşılaşma da mayın 18-də “Səbail”ə qarşı olmuşdu. Bununla 365 gündən sonra “Neftçi” ilk böyükhesablı qələbəsini qazanıb.
“Neftçi” ölkə çempionatları tarixində 31-ci fərqli mövsümdə böyükhesablı qələbə qazanmağı bacarıb. Komanda yalnız 2009-10 və 2015-16 mövsümlərində bunu reallaşdıra bilməyib. 31 fərqli mövsümdə əldə olunan darmadağın isə çempionatlar tarixində yeni rekorddur.