featured-image-69179

“Neftçi” AFFA İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına şikayət ünvanlayıb.

Msport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 3-cü turunun “Neftçi” – Turan Tovuz” oyununun 55-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi İqor Ribeyro qırmızı vərəqə ilə cəzalanıb.

İntizam Komitəsinin bu gün keçirilən iclasında Ribeyronun 3 oyun cəzalanması , klubun isə 3000 manat cərimə edilməsi barədə qərar qəbul edilib.

“Neftçi” tərəfi bu qərarı ağır hesab etdiyindən Apellyasiya Arbitraj Tribunalına müraciət edib.

 

Bənzər xəbərlər