featured-image-76238

Azərbaycan Premyer Liqasında bu gün 25-ci turun oyunları keçiriləcək.  

Msport.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç olacaq.

“Kəpəz” Yevlaxda “Qarabağ”ı qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Ağdam klubu bu məğlubiyyətdən sonra lider “Sabah”dan 10 xal geri qalır. Bundan sonra “Qarabağ”ın liderliyə ələ keçirəcəyi çətin görünür. “Kəpəz” isə 4 oyundur ki, uduzmur.

Digər oyunda “Neftçi” doğma divarlar arasında  “İmişli” ilə qarşılaşıb.  Ağ-qaralar” bu mövsüm “İmişli”ni məğlub edə bilməmişdilər. Lakin paytaxt klubu bu dəfə böyük hesablı qələbə qazanıb.

20 mart (cümə)

15:00. “Kəpəz” – “Qarabağ” 1:0

Qol: Fərid Nəbiyev, 45.

Yevlax şəhər stadionu

19:15. “Neftçi” – “İmişli” – 6:0

Qollar: Breno Almeyda, 12, İmad Faraj, 15, 50, Emil Səfərov, 19, 60, Emin Mahmudov, 54

21 mart (şənbə)

16:00. “Turan Tovuz” – “Qəbələ”

18 mart (çərşənbə)

“Şamaxı” – “Araz-Naxçıvan” – 0:1

19 mart (cümə axşamı)

“Sabah” – “Sumqayıt” – 3:1

“Karvan-Yevlax” – “Zirə” – 0:1

Bənzər xəbərlər