featured-image-45066

“Neftçi”nin üç futbolçusu “Səbail”ə qarşı keçirəcəkləri Premyer Liqanın XXVII tur oyununu buraxacaq.

Msport.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bərpa və müalicə prosesini davam etdirən Emil Balayev, Ataa Caber və Azər Əliyev bu oyunda iştirak edə bilməyəcəklər.

“Kəpəz”lə matçda zədələnən Emin Mahmudovun “Səbail” ilə qarşılaşmada meydanda olub olmayacağına isə oyun günü aydınlıq gələcək.

Qeyd edək ki, martın 15-də oynanılacaq “Neftçi” – “Səbail” qarşılaşması saat 19:00-da başlanacaq.

Bənzər xəbərlər