"Neftçi"dən ilk transfer - RƏSMİ
“Neftçi” yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib.
Msport.az xəbər verir ki, paytaxt klubu “Şamaxı”dan ayrılan Rüfət Abbasovu heyətinə cəlb edib. 21 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 3 nömrəli formada çıxış edəcək.
“Neftçi”nin yetirməsi olan, 2015-ci ildə klubun akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib və 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub







