“Neftçi” hücumçusunu satmır
“Neftçi”nin futbolçusu Breno Almeydanın parlaq performansı Avropa klublarının diqqətini cəlb edib.
Msport.az xəbər verir ki, braziliyalı vinger artıq bir neçə ölkə komandasının maraq dairəsinə düşüb.
Mövsümün startında Misli Premyer Liqasında 7 qol, 2 assistlə yadda qalan 28 yaşlı oyunçu daha əvvəl çıxış etdiyi Kiprlə yanaşı, Polşa və Yunanıstandan da təklif alıb. Lakin bu, hələlik şifahi şəkildə olub.
Buna baxmayaraq, “Neftçi” aparıcı futbolçusunu ən azı mövsümün sonuna qədər satmamaq qərarına gəlib. Bu mövsüm çempionluğu hədəfləyən “ağ-qaralar”ın bu yolda əsas “silahı” məhz Almeyda hesab edilir.
Qeyd edək ki, “Neftçi”yə bu ilin əvvəlində Kiprin “Etnikos” klubundan keçən Breno Almeydanın bakılılarla müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.







