featured-image-79331

“Neftçi” iki aparıcı futbolçusu – Emin Mahmudov və Emil Balayevlə müqavilənin müddətini uzadıb.

Msport.az xəbər verir ki, yarımmüdafiəçi E.Mahmudovla 1+1, qapıçı E.Balayevlə isə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017/18 mövsümündən “Neftçi”nin şərəfini qoruyan Emin Mahmudov geridə qalan 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb, 72 qol vurub.

“Neftçi”nin yetirməsi olan Emil Balayev isə 2012/13-2014/15 və 2023/2024-2025/26 mövsümlərində paytaxt klubunda çıxış edib 25 rəsmi oyun keçirib.

Bənzər xəbərlər